Naxçıvanda internetin sürəti kəskin zəifləyib, bəzi yerlərdə isə tam kəsilib.
Azadmedia.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat verib. Onlar deyir ki, iki gündür sürət o həddə aşağı salınıb ki, saytlara girmək mümkün olmur.
Naxçıvanda cəmi bircə provayder fəaliyyət göstərir - ADSL. Bundan əlavə, Naxçıvanın öz mobil operatoru olan Naxtel də internetini dayandırıb.
Kəngərli rayon sakini Cabir Məmmədov deyir ki, internetin bərbad hala düşməsi, blokada şəraitində olan naxçıvanlılara ikiqat problem yaradır:
" Naxçıvan həm də informasiya blokadasındadır. Dərd-sərimizi internet vasitəsi ilə bölüşürük. Əsasən youtub kanalından yeniliklərlə bağlı informasiys alırdıq. İndi bu kanala girmək olmur. Digər səhifələr də həmçinin. "WhatsApp" güclə açılır, qohumlarla əlaqə saxlaya bilmirik. Muxtar respublikanın hər yerində belədir. Çünki, cəmi bir provayder var. Kəsildisə, hər yerdə kəsilir"
Şahbuz Rayon sakini Murad Qasımov deyir ki, iki gündür ki, Naxtel də interneti dayandırıb:
"Naxçıvanın az qala yarısı Naxtel mobil şəbəkəsindən istifadə edir. İki gündür ki, bu şəbəkə interneti dayandırıb. Səbə i haqda heç nə deyilmir. İndi elə zəmanədir ki, internetsiz yaşamaq olmur".
İnternetin aşağı salınmasının səbəbi ilə bağlı əhaliyə rəsmi məlumat verilmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.