OCCRP jurnalistləri ilk dəfə olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) eks-prezidenti Rövnəq Abdullayevin ailə üzvünə məxsus dəbdəbəli daşınmaz əmlak obyektini tapmağa nail olublar.
Abdullayevin ötən ilə qədər rəhbərlik etdiyi nəhəng dövlət müəssisəsi şəffaflığın olmamasına və Azərbaycan elitasının, o cümlədən şirkətin eks-prezidentinin qohumlarının zənginləşməsinə görə tənqid olunurdu.
Azərbaycanın hazırkı iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin rəsmi maaşından başqa heç bir məlum gəlir mənbəyi yoxdur.
Lakin bizə gələn korporativ sənədlərdən belə nəticə çıxır ki, onun 28 yaşlı oğlu Rəşad Londonun ən bahalı ərazilərindən birində məşhur bina olan Grosvenor Square 20 nömrəli elit mənzilə sahibdir. O, əmlakı 2019-cu ildə Gernsidə qeydiyyatdan keçmiş, benefisiarların qapalı reyestrinə malik ofşor şirkəti vasitəsilə 17,3 milyon funt-sterlinqə (22,4 milyon dollar) alıb.
Bu çoxmərtəbəli bina bir vaxtlar ABŞ Hərbi Dəniz Qüvvələri və İkinci Dünya Müharibəsi zamanı Müttəfiq Qüvvələrin Baş Qərargahına rəhbərlik etmiş general Duayt Eyzenhauer tərəfindən istifadə edilib. 2014-cü ildə o, dəbdəbəli yaşayış binasına çevrildi, burada sommelierli şərab zirzəmisi və 25 metrlik hovuz var. Sakinlərə Four Seasons otellər şəbəkəsi gecə-gündüz xidmət göstərir.
Keçən il Böyük Britaniya İqtisadi Cinayətlər Qanununu qəbul etdi və bu qanuna görə ölkədə daşınmaz əmlakı olan bütün xarici şirkətlər benefisiarlar haqqında məlumatı 2023-cü ilin yanvar ayının sonuna qədər təqdim etməli idi.
Onların Qrosvenor meydanında hansı vəsaitlə mənzil aldıqları məlum deyil. Rəşad Abdullayev şərh sorğusuna cavab verməyib. Onun atası Rövnəq Abdullayev jurnalistlərə ünvanladığı məktubda oğlunun mənzili ilə bağlı heç bir ödəniş etmədiyini və onu almaq üçün istifadə olunan pulların mənşəyi barədə heç bir məlumatı olmadığını bildirib.
O, “Yuxarıda qeyd olunan mənzili Rəşad Abdullayev alsa belə, heç bir qanunsuz əməliyyat aparmadığına, bununla bağlı əlində bütün lazımi sənədlərin olduğuna və hamısının qanunun tələblərinə uyğun olduğuna ürəkdən inanıram” yazıb.
SOCAR-ın illik hesabatlarına görə, prezidentin və ona yaxın vitse-prezidentin illik maaşı və mükafatları 800 min dollardan azdır, bu isə o deməkdir ki, Londonda daşınmaz əmlak təkcə Abdullayevlərin rəsmi qazancı ilə alına bilməzdi.
Rəşadın LinkedIn profilinə görə (səhifə hazırda əlçatan deyil) 16 yaşında SOCAR-ın marketinq və inkişaf şöbəsi olan SOCAR Trading-də işə düzəlib. O, "ticarət və biznesin inkişafı üzrə mütəxəssis" idi. Rövnəq Abdullayev oğlunun “LinkedIn” səhifəsində yanlış məlumatlara mübasibət bildirib ki, Rəşad “SOCAR Trading”də işləməyib, SOCAR-a bağlı başqa şirkətdə təcrübə keçib.
Rəşad Türkiyədə yaşayarkən daşınmaz əmlak investisiyası və idarəçiliyi şirkəti qurub, həmçinin konsaltinq xidmətləri göstərir. Rəşad Abdullayev də bir neçə il Bodrumda restoran sahibi olub və Gürcüstanda yanacaqdoldurma məntəqələri şəbəkəsinin ortaq sahibi olub. Onun hazırda nə işlə məşğul olduğu və nə qədər qazandığı məlum deyil.
İctimai fəallar dəfələrlə Azərbaycanın neft sərvətlərinin böyük hissəsinə nəzarət edən SOCAR-ı ifrat məxfilikdə, şəffaflığın olmamasında və qeyri-ictimai şəxslərlə maliyyə münasibətlərində ittiham ediblər. OCCRP əvvəllər dövlət şirkətinin iki törəmə şirkətinin iri qaz layihəsindən 1,7 milyard dollar çıxarmaq cəhdləri, həmçinin Rövnəq Abdullayevin qayınatası da daxil olmaqla insayderləri zənginləşdirmək üçün ehtimal
Grosvenor Meydanında mənzil alan Rəşad Abdullayevin 1,35 milyon dollar dəyərində qol saatının oğurlandığı bütün dünya mətbuatında yazılsa da, o vaxt bunu SOCAR sözçüsü təkzib edib. Görünür, Abdullayev bahalı saata sahib olduğunu gizlətmək istəyib: OCCRP saatın Rəşada aid olmadığına dair düzəliş edilmiş polis arayışı əldə edib.
Başqa bir məlumata görə, Abdullayev Londonda dəyəri 300 min dollardan çox olan nadir Mercedes modelini idarə edərkən görüntülənib.
Rövnəq Abdullayev jurnalistlərə ARDNŞ-də iddia edilən korrupsiya ilə bağlı sualı belə cavablandırmışdı: “Məktubunuzdakı fərziyyələrlə bağlı heç bir məlumatım və marağım yoxdur. Mənə qarşı irəli sürülən ittihamlar həqiqətə uyğun deyil”.
Qrosvenor meydanındakı konsyerj xidməti Rəşad Abdullayevin orada mənzilinin olduğunu təsdiqləyib
Məqalə Nyewsarnenia.am-dan tərcümə edilib