Türkiyə Respublikasında baş verən zəlzələ, minlərlə insan təlafatı qəlbimizi dağladı. Hər gün ürəkağrısı ilə baş verənləri mediadan izləyir, Allahdan zəlzələni bizdən uzaq etməsini istəyirik. Medianı izləyəndə onu da görürük ki, insanları zəlzələdən çox məmur özbaşınalığı, səhlənkarlıq öldürüb. Zəlzələ hər birimizdə narahatlıq yaradıb. Yaşadığımız binaların nə dərəcədə zəlzələyə davamlı olması barədə narahatıq. Belə narahat sakinlərdən bir qrupu Azadmedia.az-a müraciət edərək binalarının qəzalı vəziyyətdə olmasından, əlaqədar orqanların heç bir tədbir görməməsindən şikayət edirlər. Binada yaşayanlar adından müraciət edən bina sakini Alxas Məmmədov bildirir ki, yaşayış binaları Şamaxı şəhərinin mərkəzində Azərbaycan 33 küçəsində yerləşir. Zirzəmi çirkab sularla doludur, beton korreziyaya uğrayıb, 3 sütundan ikisi zədələnib. Binada Qarabağ Müharibəsi veteranının da yaşadığını bildirən Aıxas bəy saytımız vasitəsilə Şamaxı şəhərinin səlahiyyətli şəxslərindən vaxtında tədbir görülməsini xahiş edir və qeyd edirki, illərdir əlaqədar təşkilatlar müraciətlərinə məhəl qoymurlar. Əlaqədar qurumlar vaxtında tədbir görsünlər ki, faciə baş verəndə günahkar axtarışna çıxmayaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.