Baş nazir qərar imzaladı: artıq spirtli içki və siqaret...
Ticarət obyektlərinin girişində etil (yeyinti) spirti, alkoqollu içki və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayan şəxslərə satışını qadağan edən elan yerləşdiriləcək.
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərarda bildirilir:
"Etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və ya tütün məmulatlarının satışını həyata keçirən ticarət (xidmət) obyektlərinin giriş hissəsində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasının qadağan edildiyini əks etdirən elan yerləşdirilməlidir”.