AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

«165″-İN DİREKTORU HANSI YÜNGÜL CƏHƏTİNƏ GÖRƏ «VERBOVAT» OLUNUB

  • + A
  • - A
  • 11-06-2018, 12:48

    «165″-İN DİREKTORU HANSI YÜNGÜL CƏHƏTİNƏ GÖRƏ «VERBOVAT» OLUNUB














    Paytaxtın 165 saylı orta məktəbinin direktoru Vüqar Məmmədovun qanunsuz əməlləri barədə yazdıqlarımız oxunduqca, redaksiyamıza onun rəvac verdiyi neqativ hallar, korrupsiya hüquqpozmaları barədə yeni-yeni məlumatlar daxil olmaqdadır. Həm də necə məlumatlar!.. Düzü, V.Məmmədov barədə hər dəfə tənqidi məqaləmiz işıq üzü görəndən sonra aidiyyati instansiyaların — Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin diqqətini araşdırdığımız problemlərə yönəltmək məqsədilə onların ünvanlarına məktublar yollamışıq. Şəxsən V.Məmmədovun özünə də rəsmi sorğular göndərmişik, amma cavab almamışıq. Son təmasımız telefon vasitəsilə olub. Bizi demək olar duelə çağırıb. Qardaşı Azər Məmmədov da zəng vurub bizi məhkəməyə verəcəkləri ilə hədələyib. Bu dəfəki məlumatların əksəriyyəti V.Məmmədovun «Təhsil işçilərinin etik davranış qaydaları»na uyğun olmayan hərəkətləri barədədir. Deryaz.az-a məlumat verən mənbə bildirir ki, V.Məmmədov hələ 117 saylı məktəbdə çalışdığı 2015- 2016 cı illərdə direktorla müavini ilə aralarında əxlaq normalarından kənara çıxan motivdə qarşıdurma yaranıb. Bütün bu «yüngülsaqqal» əməllərinə görə BŞTİ rəhbərliyinin tənbehlədiyi V.Məmmədov idarə müdirinin müavini Rəşad Tağıyev tərəfindən «verbovat» olunub. O vaxtdan «yüklənərək» Tağıyevin dedikləri ilə oturub-durmaq məcburiyyətində qalan Məmmədov elə indi də onun əmrinə müntəzirdir. Daha dəqiq desək, «165″-ə direktor gətiriləndə onun qarşısında «buyruq qulu» olmaq şərti qoyulub. Söz dolaşır ki, Vüqar müəllim artıq bu şərtlərin ağırlığına davam gətirmədiyindən, qaçmaq istəyir. V.Məmmədovun boynuna qoyulan bir şərt də 165 saylı məktəbdə ştatları satmaq tapşırığı olub. Bu “zakaz” yerlərdən, ailə başçısını itirmiş 2 oğul anası, Təşkilatı Məsələləri üzrə direktor müavini Reyhan Qasımova, ,təkbaşına 3 yetim saxlayan katibə Xəyalə Qabil qızı Mirzəyeva, bir fəhlə, ailə başçısını itirmiş, 2 nəvəyə baxan Təsərrüfat İşləri üzrə direktor müavini Şövkət Mikayılova və heç bir köməyi və dəstəyi olmayan, gəncliyini təhsilə qurban verən nümunəvi və savadlı bir pedaqoq və yenədə ailə başçısı olmayan Aliyyə Gəncəliyeva olub. Hərçənd, ştat bazarlığı heç də səs-küysüz ötüşməyib. Bu siyasətə etiraz edənlər BŞTİ-də boğulan haqq səslərini KİV müstəvisinə çıxarırlar. Məsələn, təsərrüfat şöbəsinin müdiri vəzifəsindən çıxarılan Şövkət Mikayılova bildirir ki, direktor məktəbə gəldiyi elə ilk günlərdə onun yerinin «yuxarıdan zakaz» edildiyini deyib və işdən azad olunması üçün özü ərizə yazmasını tələb edib. O, bildirir ki, Vüqar anası yaşda qadının üstünə qışqırır ki, “, Şövkət nə istəyirsən, sənin yerin zakazdır, çıx get dəə” Şövkət xanım bildirir ki, Vüqar müəllim gəldiyi gündən məni stresə saldı, təzyiqim qalxdı, həkim çağırdım, 2 ay özümə gələ bilmədim .Azərbaycanda müalicə tapılmadı,gedib Moskvada müalicə aldım. O,əlavə olaraq qeyd edir ki, Vüqar Məmmədov Aliyyə xanımı elə hörmətsiz vəziyyətə saldı ki, hətda öz yaxın ətrafını onun üznə durdurdu. Kollektiv arasında onu elə vəziyyətə gətirdi ki, o qadın mənəvi sındı və psixoloji sarsıntı keçirtdi.

    Mikayılova «yuxarı» şikayət edənə qədər onun hesabında olan mal-material qiymətlilərinin təhvil-təslimi olmadan direktor əmrini verib. Onun yerinə isə Ali təhsili olmayan, Ağcabədi rayonunun ən varlı kəndlərindən sayılan Avşardan olan, deyilənə görə heç latın əlifbsı ilə yazıb-oxumağı bacarmayan Vaqif adlı şəxsi təyin edib. Bildirilir ki, həmin o Vaqif savadının yerində olmasına baxmayaraq, direktorla birlikdə siniflərdə açıq dərslərə girir, şagird və müəllimləri özünəməxsus formatda imtahana çəkir.

    Mənbə onu da qeyd edir ki, Vaqif məktəbin texniki işçıləri ilə də kobud rəftar edir.O, məkəbi süpürən xadimələrə qışqıraraq,Mikayılova bildirir ki, günü bu gün də Vaqif bəylə onun arasında təhvil-təslim aktı tərtib olunmayıb. Şövkət müəllimə qeyd edir ki, direktorun haqsız əməlləri ona stress yaşatdığından, müalicə üçün Rusiyaya gedib. Qəribədir ki, üstündən 6 ay keçəndən sonra V.Məmmədov ona zəng edib guya inventar sırasında çatmayan 60 ədəd bahalı stulun aqibətini soruşub.

    Məktəbin ingilis dili müəllimi, illərdir təhsildə saç ağartmış,uzun müddət Xətai rayon Təhsil Şöbəsində baş inspektor işləyən Hidayət Ocaqverdiyev deyir ki, “Vüqar Məmmədovun bu addımları atmağa qəti ixtiyarı yox idi. Aliyyə Gəncəliyeva 25 ildir zavuç işləyirdi. Aliyyənin ayağının altının bildiyini heç onun başı bilmir. Mən tələb edirəm ki,BTİ -gəlib yoxlama aparsın. Jurnaldan tutmuş əmr kitabına qədər o qədər nöqsan var ki,..

    Elə şagird var jurnalda adı yoxdur, əmr kitabında adı var.Elə müəllim var ki, adı məktəbdə getsə də özü evdə oturub istirahət edir. Müəllimlərdən bir neçəsi Baş İdarəyə ərizə yazmışdı, rəhbərlikdən çağırıb müəllimlərin ərizələrini geri götürtdülər.

    Əgər Pedaqoji Şura çağırsalar hamı Vüqarın nöqsanlarını üzünə deyər. Lakin Vüqar Məmmədov Pedaqoji Şuranı çağırmaqdan qorxur.

    İşdən günahsız çıxarılalardan, Aliyyə Gəncəliyevanın da mövqeyini öyrənməyə çalışdıq. O, bizə geniş açıqlama vermək istəmədi. Səsindən hiss olunurdu ki, mənən onun arzularını və ümidlərini sındırıblar. Yalnız onu bildirdi ki, gələcək nəslin belə təhsil və tərbiyə almağına heyfim gəlir. Onsuz da mən boş- boşuna dərsə gəlib gedirəm, aylardır məktəbdə dərs deməyə şagird tapmıram,heç jurnalı da yazmıram.Görək imkan tapan kimi, Mehriban xanımın yaxud da cənab Nazirin qəbulunda olub fikirlərimi deyəcəyəm”

    Mövzuya qyıdacağıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR