AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat naziri ifşa etdi: Ceyhun Bayramovun “direktortura” rejimi - Faktlar

  • + A
  • - A
  • 14-06-2018, 13:06

    Deputat naziri ifşa etdi: Ceyhun Bayramovun “direktortura” rejimi - Faktlar














    Deputat Elşən Musayevin yeni təhsil naziri Ceyhun Bayramovu sərt tənqid etməsi göstərir ki, dəyişiklik pisliyə doğru nəticə verib

    FİA.Az-ın məlumatına görə, millət vəkilinin bağçada uşağa işgəncə verilməsi ilə bağlı təhsil nazirinin müavinlərinə zəng etməsinə baxmayaraq, onu saymayıblar.

    Telefonları açmayan nazir müavinləri deputatı saymırsa, deməli mətbuatı, sadə vətəndaşları, valideynləri heç eşitmir.

    C.Bayramov və komandası yeni fəaliyyətə başladıqlarına görə nümunə olmalıdırlar, fəal işləməlidirlər, prezidentin etimadını doğrultmalıdırlar. Amma köhnə yolu gedirlər.

    Misir Mərdanova şükür etdirən Mikayıl Cabbarov - Ceyhun Bayramov tandeminin təhsil siyasəti ölkəni rəsmən uçuruma aparmaqdadır.

    C.Bayramovun nazir olduğu tarixdən məktəblərdə, bağçalarda özbaşınalıqlar, məktəb direktorlarının qudurğanlığı daha da çoxalıb.

    Müəllimlər, tərbiyəçilər şagirdləri, körpələri döyürlər, direktorlar məktəblilərə əl uzadırlar. Deputatın fond pulu yığılmasını deməsi nazirin yerində olmadığını isbat edir.

    Orta məktəblərdən ali məktəblərə tələbə adını qazanıb gələnlərin əksəriyyəti yazma-oxuma bilməyən, 200 keçid balını güclə toplayanlardırlar.

    Dövlət İmtahan Mərkəzi də təhsilsizliyin səviyyəsizliyinə görə məcburiyyət qarşısında keçid ballarını aşağı salmalı olur. Ona görə də repetitor yanına getməyə hacət qalmır.

    Valideynlər həmin vəsaiti büdcədə saxlayaraq universitetlərin təhsil haqqına yönəldirlər.

    Əvəzində aşağı balla tələbə adını qazanan minlərlə abituriyent ali məktəblərin dəhlizlərində 4 il vaxt keçirirlər.

    Budur Misir Mərdanov erasından Mikayıl Cabbarov - Ceyhun Bayramov neolit dönəminə keçidin göstəriciləri…

    Faktiki olaraq, fiqurların dəyişməsi ilə sistem dəyişməyib, təhsil siyasətində islahatlar aparılmayıb, ildən-ilə tədrisin səviyyəsi aşağı düşür.

    Belə desək, “təhsil millətin gələcəyidir” şüarı əsl yerinə düşür. Çünki bilik fondumuz məhv olmaqdadır.

    FİA.Az xəbər verir ki, deputat nə jurnalistdir, nə müxalifətçidir. O, hakimiyyətə yaxın parlament üzvüdür. Ölkənin təhsil siyasəti nə günə qalıbsa, deputat da dilə gəlib.

    C.Bayramov yeni təyinat alıb və gözə girməliydi, islahatlar aparmalıydı. Amma ölkə təhsilində yaxşılığa doğru heç nə baş vermir.

    “Mən problemləri Milli Məclisdə çıxış etmək əvəzinə, çox zaman kiçik çevrədə diqqətə çatdırmağa çalışıram.

    Bura gəlməzdən əvvəl Təhsil Nazirliyinin hər iki müavininə xidməti telefonumdan zəng etdim, heç biri cavab vermədi”.

    Bunu Milli Məclisin növbədənkənar iclasında “Təhsil haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Elşən Musayev deyib.

    O bildirib ki, bu gün məktəblərdə “fondpulu” yığılır: “Deyirlər ki, məktəblərdə pul yığmağı yığışdırıblar.

    Amma mən də bir valideyn kimi deyə bilərəm ki, bu gün məktəblərdə “fondpulu” yığılır. Bir çox neqativ faktlar hələ də təhsilimizdə qalmaqdadır”.

    Deputat təhsil nazirinin müavinlərinə problemlərlə bağlı fikirlərini çatdırmaq istədiyini deyib:

    “Bu günlərdə bağçada yaşanan problem müzakirə edilir. Bu hadisənin olması gözlənilən idi. Bu barədə düşünmək lazımdır. Çünki özəl bağçalara nəzarət yoxdur.

    Özəl bağçalar 2000 manata qədər ödəniş tələb edir, lakin tərbiyəçiyə 200 manat verir. Bəlkə də, aqressiyanın səbəbi budur.

    Bu gün rektorla danışmaq daha rahatdır, nəinki bağça direktoru ilə. Uşaqlara qarşı bu cür münasibət göstərən müəllim, tərbiyəçilər düşünülmədən həbs edilməlidir”.

    Ölkə təhsilinin gözümüzün qarşısında diri-diri tələf olmasına, gələcəkdə savadsız həkim, müəllim, mühəndis, bankir yetişdirilməsinə şahidlik edirik. Nəticədə kadr yoxluğundan xarici ölkələrə müraciət birə beş artacaq.

    Bunu jurnalist araşdırmaları, ekspertlərin rəyləri təsdiqləmir, Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlar təsdiqləyir. Yəni, Məleykə Abbaszadə hər il Təhsil Nazirliyini ifşa edir.

    Bu, M.Mərdanov dövründə də belə olub, Cabbarov-Bayramov tandem dönəmində də ağırlaşmaqdadır.

    Təhsil naziri işlədiyi dövrdə Mikayıl Cabbarov heç bir inkişafa nail olmadı. Bunun acınacaqlı göstəricidir ki, bu il qəbul imtahanından 50 faiz şagird 200 bal toplaya bilməyib.

    Qəbul imtahanından sonra intiharlar da ölkəni bürüməyə başladı. Bir gündə iki məzun canına qıydı.

    Əslində 50 faiz abituriyentin 200 bal toplaya bilməməsi M.Cabbarovla bərabər o dövrdə müavini olan, indi təhsil naziri vəzifəsini daşıyan Ceyhun Bayramovun da məsuliyyətidir.

    Yəni, iki nazirin fəaliyyətinin nəticəsidir ki, təhsilin keyfiyyəti sıfıra düşüb, 50 faiz məzun 200 bala da toplamaq qabiliyyətinə malik deyil.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR