Eyni ayda, eyni yaşda öldülər – Vəzifədə ikən dünyasını dəyişən məmurlar
Bu gün Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov qəfildən dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, bu, son 10 ayda Camalovlar ailəsinə ikinci ağır itkidir.
Belə ki, ötən ilin sentyabrında Yavər Camalovun oğlu Rövşən Camalov uzun sürən xəstəlikdən sonra Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdi.
Nazir postuna 2006-cı ildə təyin olunan Yavar Camalov vəzifədə olarkən vəfat edən ilk yüksək çinli məmur deyil.
Xatırlayırsınıza, mərhum energetika naziri Natiq Əliyev də vəzifədə ikən vəfat edib, sevənlərini gözüyaşlı qoymuşdu. Maraqlıdır ki, Əliyev də Camalov kimi, iyun ayında dünyasını dəyişib. O da Türkiyədə müalicə alarkən iyunun 8-də beyin insultu keçirmişdi.
Azərbaycanın səhiyyə nazirinin müavini Abbas Vəlibəyov da vəzifədə olarkən dünyasını dəyişən məmurlar siyahısındadır. O, cari ilin aprelində 71 yaşında ikən gözlərini əbədi yumub.
Nazir müavininin ölümündən bir həftə sonra isə Milli Məclisin deputatı Astan Şahverdiyev istirahət məkanlarının birində vəfat edib. Ölümü belə qalmaqal yaradan Cəbrayılın millət vəkili də Abbas Vəlibəyov kimi 71 yaşında gözlərini əbədi olaraq yumuq.
Bundan başqa, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov da vəzifədən getməmiş həyatdan gediblər.