AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirin yalan deməkdə ittiham edildiyi çıxışının TAM MƏTNİ

  • + A
  • - A
  • 5-07-2018, 11:31

    Nazirin yalan deməkdə ittiham edildiyi çıxışının TAM MƏTNİ














    Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirdiyi müşavirədə səhiyyə naziri Oqtay Şirəliyevi Mingəçevir İES-dəki qəza zamanı xəstəxanalardakı durumla bağlı yalan danışmaqda suçlayıb.

    Nazirin həmin çıxışının tam mətnini təqdim edir:

    "Baş verən qəzadan sonra biz daim bütün regionlarla əlaqə saxlayırdıq. Siz bilirsiniz ki, demək olar, bizim bütün rayonlarda yeni xəstəxanalar tikilib və bütün müasir tibbi avadanlıqla təchiz olunub. Hər yerdə generator sistemləri quraşdırılıb. Hər yerdə generatorlar işləyirdi, tibbi xidmət göstərilirdi. Bakı şəhərində də nazirliyin əməkdaşları təhkim olunmuşdu. Bakı şəhərində ilk növbədə, cərrahiyyə, əməliyyat blokları, reanimasiya tam tərkibdə işləyirdi. Bu iki gün ərzində məsələ ilə bağlı bir ölüm hadisəsi də olmadı. Təcili yardım tam gücü ilə işləyirdi. 2130 çağırış olub. Bunlardan 220 adam xəstəxanalara daxil olub, onlara tam həcmdə yardım göstərilib. Metronun hər stansiyasının qarşısında təcili yardım maşını təhkim olunmuşdu. Onların arasında cəmi 19 nəfər müraciət edib, o da gərginlikdən, əsəbdən. Onlara ilkin tibbi yardım göstərilib. Cəmi 6 nəfər xəstəxanalara yerləşdirilib”.

    Dövlət başçısı isə yekun nitqində onun sözlərinin həqiqətə uyğun olmadığını deyib:

    "Strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə baxmaq lazımdır. İlk növbədə xəstəxanalarda və metroda. İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə, bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib. Ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR