Deputatlar tətilə çıxır: nə qədər məzuniyyətpulu alacaqlar?
Sabah - iyulun 15-də Milli Məclisinin deputatları tətilə çıxacaqlar.
Modern.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Milli Məclisinin Daxili Nizamnaməsinə müvafiq olaraq deputatlar rəsmən iyul ayının 15-dən tətilə buraxılacaq.
"Deputatın statusu haqqında" qanunun 29-cu maddəsinə ( Deputatın məzuniyyəti) əsasən, məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.
Milli Məclisin sədri 4950 manat, Milli Məclis sədrinin I müavini 4454 manat, Milli Məclis sədrinin müavini 4206 manat, sıravi deputatlar isə 3464 manat müavinət alacaqlar.
Tətil müddəti avqustun 30-dək davam edəcək.