AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“AtaBank”da şok qanunsuzluq - 1 nəfər yüzlərlə şəxsə zamin dayanıb

  • + A
  • - A
  • 16-02-2017, 15:01

    “AtaBank”da şok qanunsuzluq - 1 nəfər yüzlərlə şəxsə zamin dayanıb












    "AtaBank” ASC-nin Göyçay filialında vətəndaşın adı yüzlərlə kredit müqaviləsində zamin olaraq keçir

    Bu barədə Unikal.org-a hüquq müdafiəçisi Taleh Xasməmmədov məlumat verib. O, bildirib ki, məsələ ilə bağlı ona adı zamin olaraq keçən şəxs özü müraciət edib: "Kreditlə məişət əşyaları və texniki avadanlıqların satışı ilə məşğul olan satıcılar "AtaBank” ASC-nin Göyçay filialının müdiri Nizami Mahmudovun tələsinə düşüblər. Ayda 300-500 manat qazancları olan satıcılar indi 100 minlərlə borc altında qalıblar. N. Mahmudovun qanunsuz əməlləri tək vəzifə səlahiyyətlərindən sui-istifadə deyil, eyni zamanda insanlığa qarşı mənəvi terrordur. Bank sahibkarı müqavilədə zamin olaraq qeyd edərək vətəndaşa fərdi qaydada kredit verib. Sahibkarın adı minə yaxın kredit müqaviləsində zamin olaraq keçir. Vətəndaşlar kreditləri ödəmədikləri səbəbindən hazırda problem yaranıb. Bank zaminləri məhkəməyə verərək ödənişi onlardan tələb edir. Bu addım bankın əsasnaməsinə tamamilə ziddir. "AtaBank” ASC-nin Göyçay filialı ciddi qanunsuzluğa yol verib. Müştərilərə isə girov müqaviləsini təqdim etməyib. Peşəkar fəaliyyətlə məşğul olan kreditorlar bu cür ciddi qanunsuzluq etməməli idilər. Onların bu əməlləri vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığıdır. Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına və aidiyyatı qurumlara müraciətlər hazırlayırıq”.

    "AtaBank” ASC-nin baş ofisindən Unikal.org-a bildirilib ki, aidyyatı şəxs işdə olmadığından məsələ ilə bağlı bir həftə sonra əlaqə saxlayaq.

    Bankın Göyçay filialı ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmayıb. Buna baxayaraq onların da mövqeyini dərc etməyə hazırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR