AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlılara yox, ancaq ərəblərə – Gecəsi 80-100 manat (VİDEO)

  • + A
  • - A
  • 22-07-2018, 11:06

    Azərbaycanlılara yox, ancaq ərəblərə – Gecəsi 80-100 manat (VİDEO)















    Məlum məsələdir ki, ölkəmizin turizm potensialının böyük hissəsini Ərəb ölkələrindən gələn turistlər istifadə edir.

    Həmçinin, bu da aydındırdır ki, ərəblər kürəyinə çantasını atıb dünyanı gəzənlərdən fərqli olaraq varlı-dövlətlidirlər, yaxşıca pul xərcləyirlər. Buna görə də, bir çox turizm infastrukturu birbaşa ərəb turistlərə xidmət göstərməyə, onlara uyğunlaşmağa başlayıb.

    Bu tendensiya kirayə evlərin qiymətlərinə də təsir edib. Hazırda Bakının mərkəzinə yaxın evi olanların böyük əksəriyyəti evlərini aylıq kirayəyə vermir.

    Onlar gecəsi 80-100 manata ərəb turistlərə evlərini kirayəliyir və aylıq gəlirlərini az qala 10 dəfə artırırlar. Təbii ki, hər bir vətəndaş öz şəxsi mülkündən istədiyi təyinatda istifadə edə bilər. Ancaq ailələrin və ya ailəsindən uzaq yaşayanların aylıq kirayə edə biləcəyi evlərin sayı azaldıqca, qiymətləri də yüksəlməyə başlayır.

    Hətta özü evi 350-400 manata kirayə götürüb, daha sonra həmin evi ərəblərə gecəlik verənlər də var ki, bunu gizlətməyə belə ehtiyac duymurlar.

    Ərəb axını təkcə paytaxtda deyil, bölgələrdə də evləri qiymətinə təsir edib. Sadəcə 1 il öncə Qəbələdə gecəsi 50 manata kirayə verilən evin sahibəsi artıq tələbatın çoxalmasına görə qiyməti 100 manata qaldırır və ancaq ərəbləri kiryəşin kimi qəbul edir. Elan saytlarında yerləşdirilən elanlarda da “Ancaq xaricilərə kirayə verilir” qeydi xüsusi vurğulanır.

    Ancaq bu hal özü ilə həm də ev sahibləri üçün problemlər gətirir. Elə dünən yayılan bir videoda ərəblərə kirayə verilmiş evin bərbad vəziyyətə salınması əks edilib. Azərbaycanlılar ev tutmaq istəyərkən onlardan doğum haqqında şəhadətnamədən tutmuş nikah vərəqəsinə qədər istənsə də, xarici vətəndaşlarından heç bir sənəd tələb edilmir, onların pasportuna heç baxılmır.



    Beləliklə, turist evi bərbad hala qoysa, əşyaları oğurlasa və ya bir cinayət törədib getsə, ev yiyəsi adını soyadını bilmədiyi, üzünü evin açarlarını təhvil verdiyi gün qısa müddətlik gördüyü bir adamı axtara-axtara qalacaq.

    Məsələnin həll yolu isə, əslində çox sadədir. Ayrı-seçkilik salmadan hər ölkədən gələn turistə düzgün münasibət və ölkəmizin vətəndaşlarının da rahat istirahət etməsini təmin etməklə böyük və ya xırda biznesi idarə etmək olar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR