AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hacı İbrahim Nehrəmli: “Yanan bina bizə məxsusdur, qəsdən od vurublar”

  • + A
  • - A
  • 1-09-2018, 12:28

    Hacı İbrahim Nehrəmli: “Yanan bina bizə məxsusdur, qəsdən od vurublar”















    Bakının Nəsimi rayonunda üçmərtəbəli binada yanğın olub. Yanğın olan binanın iş adamı Hacı İbrahim Nehrəmliyə(İbrahim İbrahimov) məxsus olduğu bildirilir.
    Hacı İbrahim modern.az-a açıqlamasında faktı təsdiqləyib:

    “Bəli yanğın olan bina bizə məxsusdur. Biz o binada yaşayanları köçürmüşük, yanan dağıntılardır. Ərazini almışıq, yeni yaşayış binası tikəcəyik”.

    İş adamı dövlət komitəsinin yeni tələblər irəli sürdüyünü bildirib:

    “Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni qaydalarına əsasən, 10 bloklu bina tikilməsinə icazə verilmir. Bizə deyiblər ki, bina 3 bloklu ola bilər. Bu baxımdan tikinti dayanıb. Yanan yerdə isə köhnə evlər idi, sökülürdü, kabellər kəsilmişdi. Kimsə qəsdən kibrit vurub yandırıb. Biz də dərhal yanğınsöndürən çağırdıq. Yanğın söndürüldü. Yanğının yeni tikilən binamıza təsiri yoxdur. Əslində yanğının bizə ziyan yox, xeyri var ki, köhnə tikilinin yeri təmizlənir. “Hacı İbrahimin 3 mərtəbəli binası yandı” deyib məsələni şişirdirlər. Burada şişirdiləsi bir şey yoxdur”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR