Türkiyənin Denizli şəhərində zəlzələ baş verib.
AzadMedia.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, hadisə Denizlinin Honaz rayonunda baş verib. Yeraltı təkan Rixter şkalası ilə 3,8 balla qiymətləndirilib.
Zəlzələnin ocağı yerin 13,37 kilometr dərinliyində yerləşib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.