Suriyada PKK/YPG terror təşkilatının hücumu nəticəsində Türkiyə ordusunun daha bir hərbçisi şəhid olub.
AzadMedia.az “NTV”yə istinadən xəbər verir ki, hücum nəticəsində 31 yaşlı çavuş Muammer Yiğit şəhid olub, daha 4 əsgər isə xəsarət alıb. Yaralı əsgərlər sərhəd xəttinə aparılaraq Kilis Dövlət Xəstəxanasına yerləşdiriliblər.
Şəhid Muammer Yiğit evli idi, 2 uşağı var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.