Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "Adalar Dənizi və Yunanıstanla Qonşuluq Əlaqələri Simpoziumu"na video mesaj göndərib.
AzadMedia.az "Haber Global"a istinadən xəbər verir ki, Türkiyə lideri "Problemlər əvəzinə uşaqlarımıza dinc bir gələcək miras qoymalıyıq" deyə Yunanıstana çağırış edib.
O qeyd edib ki, Egey dənizi son illərdə insan faciələri ilə gündəmdədir. Egey dənizində minlərlə mühacir həyatını itirib. Qaçqınların ölkələrində təhlükəsiz yaşamalarını təmin etmək üçün heç bir addım atılmayıb. Türkiyə Suriyadan köçün qarşısını almaq üçün mübarizədə tək qalıb.
Türkiyə lideri vurğulayıb ki, qonşu Yunanıstan xoşməramlı olmaq əvəzinə, maksimalist siyasətini sürətləndirdi. Bu tarixi fürsət Yunanıstanın barışmaz mövqeyi səbəbindən boşa getdi:
"Türkiyə olaraq biz Egey dənizinin sülh və dostluqla xatırlanmasını istəyirik. Problemlərin dialoq və danışıqlar yolu ilə həllinə diqqət yetirmişik. İnanıram ki, Yunanıstanla ədalətə, əməkdaşlığa və qonşuluq qanunlarına əsaslanan həllər tapacağıq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.