ABŞ Prezidenti Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla NATO sammitində Türkiyədə Rusiyanın S-400 zenit raket komplekslərinin yerləşdirilməsi mövzusunu müzakirə etmək niyyətindədir.
Bu barədə Baydenin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
"Bəli, bu məsələ müzakirə ediləcək. S-400, bəli, zenit raket kompleksləri...", - o bildirib.
Lakin Sallivan Baydenin bu mövzuda Ərdoğana tam olaraq nə deyə biləcəyindən danışmayıb. Eyni zamanda, prezidentin köməkçisi Baydenin Türkiyə lideri ilə söhbətində Ankaranın Moskva və Pekinlə münasibətləri mövzusuna toxunmaq niyyətində olduğunu söyləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.