Bakı, 28 avqust — Azadmedia.azVII çağırış Milli Məclisin deputatlığına namizəd Ülvi Quliyev seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində 15 saylı Yasamal rayon birinci seçki dairəsindən olan sakinlərlə növbəti dəfə genişmiqyaslı görüş keçirib.
Deputat Qərargahından
Azadmedia.az-a verilən məlumata görə, 28 avqust, 2024-cü il tarixdə keçirilən görüş barədə Ü. Quliyev öz sosial media hesabında videomaterial olaraq paylaşım edərək bunları qeyd edib: “Yasamal sakinləri ilə bu görüşümüz də izdihamlı oldu. Görüşdə iştirak etdiklərinə və səmimi fikirlərinə görə əziz şəhidlərimizin ailə üzvlərinə, qazilərimizə, bütün iştirakçılara və dostlara bir daha səmimi-qəlbdən təşəkkür edirəm. Tədbirdən hazırladığımız yeni videomaterialı diqqətinizə təqdim edirik. Təbliğat-təşviqat işlərimiz davam edir.”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.