AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Astarada qohumunun evindən 100 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb - Foto

  • + A
  • - A
  • 3-03-2023, 10:19

    Astarada qohumunun evindən 100 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb - Foto

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Astara rayonu ərazisindəki evlərdən birindən 100 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəxs “isti izlərlə” müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin qohumu, Astara rayon sakini Rövşən Cəlilov olduğu müəyyən edilib. Oğurlanan qızıl-zinət əşyaları həmin şəxsin gizlətdiyi yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

    Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR