AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“CinemaPlus”da türk ailə komediyası “Ne olacak halim?”

  • + A
  • - A
  • 7-03-2023, 22:50

    “CinemaPlus”da türk ailə komediyası “Ne olacak halim?”

    CinemaPlus” kinoteatrlar şəbəkəsində martın 9-dan etibarən “Ne olacak halim?” türk ailə komediyasını nümayişi başlayır.
    Filmin rejissoru və ssenaristi Semra Dündardır. Baş rollarda Emre Altuğ, Algı Eke və Lemi Filozof.
    Film haqqında qısa məlumat: Məşhur aparıcı Halim Pekyaman uşaqları sevmir və günlərini “playboy” həyatı yaşayaraq keçirir. Bir gün canlı televiziyada uşaqlardan danışanda həyatı alt-üst olur. Uşaq düşməni elan edilən o, telekanaldan qovulur və Kuşadasındakı bağ evinə gedir. Onun yolu əri tərəfindən tərk edilmiş, dörd övladı ilə həyat mübarizəsi aparan Mələklə kəsişir. Həyat elə gətirir ki, Halim sevgili olduğu Mələyin uşaqlarına baxmaq məcburiyyətində qalır. O, İstanbuldakı cazibədar həyatını unudub ailə başçısı ola biləcəkmi?


    CinemaPlus kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR