AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fuad Ələsgərov İnam Kərimovu kollektivə təqdim etdi

  • + A
  • - A
  • 4-04-2023, 13:22

    Fuad Ələsgərov İnam Kərimovu kollektivə təqdim etdi


    Ötən gün Ali Məhkəməyə sədr təyin olunan İnam Kərimov kollektivə təqdim edilir.

    AzadMedia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, təqdimat hazırda Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov tərəfindən aparılır.

    O, İnam Kərimovu Ali Məhkəmənin hakim kollektivi və digər məsul əməkdaşlara təqdim edərək fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini diqqətə çatdırıb.

    Qeyd edək ki, İnam Kərimov dünən Prezidentin Sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsindən azad olunaraq Ali Məhkəmənin sədri təyin edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR