Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir
DİM-dən Azadmedia.az-a verilən məlumata görə imtahanda 22146 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 20071 nəfər Azərbaycan, 2075 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 5579 nəfəri oğlan, 16567 nəfəri isə qızdır. 19154 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2434 nəfər əvvəlki illərin məzunudur. 60 nəfər ali təhsil müəssisələrinin, 498 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 101 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2008-ci ildəndir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.