Azərbaycan xalqı həmişə olduğu kimi öz müdrikliyini sübut etdi.Xalq seçimində yanılmadı.İlham Əliyev Azərbaycan Respublikasına Prezident seçildi.Bu xalqın tələbi idi.İlham Əliyev prezident seçildikdən sonra ölkədə ən əsası sabitliyin qorunacağının təminatını ön plana çəkdi.
Ölkəmizin bugünki inkişafı birbaşa prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.Hər kəsə bəllidir ki,İlham Əliyevin prezidentliyi dövründə ölkəmizdə dövlətçiliyin əsasları ciddi şəkildə möhkəmlənmiş,bir çox sahələrdə irəliləyiş olmuşdur.Ölkəmiz dünya müstəvisində mövqeyini möhkəmləndirmişdir.
2003-cü ildən başlayaraq Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında bir çox uğura imza atmış,sosial-iqtisadi inkişaf yolunda mühüm nəticələr əldə etmişdir.İlham Əliyev elə prezidentliyinin birinci dövründə sürətləndirilən iqtisadi islahatlar və həyata keçirilən iqtisadi inkişaf proqramları nəticəsində ölkə 2009-cu ildə keçid dövrünü uğurla başa vurdu.Azərbaycan uzunmüddətli dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən iqtisadiyyatın infrastrukturu tamamilə yenidən qurulmuş və modernləşdirilmişdir.Nıqliyyat,enerji,təhsil,səhiyyə,turizm və digər sahələr üzrə infrastruktur,demək olar ki,tamailə yenidən qurulmuş və infrastruktur imkanları əvvəlki illərlə müqayisədə xeyli genişləndirilmişdir.Azərbaycanın,demək olar ki,qazlaşdərəlması,elektrikləşdirilməsi,istifadəyə verilən yüzlərlə təhsil,səhiyyə müəssisələri,tikilən yeni hava limanları,çəkilən yollar vəs.məhz İlham Əliyevin adı ilə bağlıdır.
Azərbaycanın iqtisadi sahəsində ilk dəfə olaraq turizm sektoru formalaşmış və bu sahə iqtisadi inkişafa töhfə vermişdir.Bakı və ölkənin digər regionları başlıca olaraq qlobal və regional turizm marşrutu sırasına qoşulmuşdur.Azərbaycan iqtisadiyyatının innovasiya potensialı köklü şəkildə artmiş və iqtisadiyyatın İKT sektoru formalaşmışdır.Bu gün Azərbaycan iqtisadiyyarda ən müasir texnologiyaları tətbiq edir,kosmik və alternativ enerji texnologiyalarının sürətlə inkişaf etdiyi ölkələr sırasındadır.
İlham Əliyevin seçkilərdəki uğuru onun düzgün həyata keçirdiyi siyasətin nəticəsidir.Qeyd edək ki,2003-cü ildən bəri ölkəmizdə inkişaf dinamikası çox müsbətdir.İstər iqtisadi cəhətdən,istərsə hərbihazırlıq cəhətdən öz sözünü deməyi bacardı.İllərdir danışıq masası ətrafında həll olunmayan Qarabağ münaqişəsi öz həlli yolunu tapdı.İşğal altında olan torpaqlar müharibə yolu ilə geri qaytarıldı.Bu,Azərbaycan ordusunun yenilməz gücü və Ali Baş Komandanımızın düzgün yeritdiyi siyasət idi.
Qarabaq zəfəri ilk növbədə,Azərbaycanın iqtisadi inkişaf,dövlət və ordu quruculuğu sahəsində illərdir apardığı siyasətinuğuru idi.Azərbaycan 2020-ci il tarixinə nadir uğurlu olkə kimi daxil oldu.Ölkəmiz imicini ciddi şəkildə yüksəltmiş və öz gücünü bütün dünyaya sübut etmişdir.
İlham Əliyev XXI əsr Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazdıran dahi şəxsiyyət kim bütün dünyada tanındı.
Heydər Əliyev siyasətinin layiqli davamçısı olan İlham ƏliyevAzərbaycan xalqına ən böyük xoşbəxtiliyi yaşatdı.Bu,şəhidlərimizin intiqamının alınması idi.Azərbaycan xalqı”İlhamla irəli”şüarı altında daima inkişafa,xoşbəxtliyə doğru irəliləyir.
Ş.Xəlilova
S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbinin müəllimi