AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda şəhidlərin doğum və anım günləri yad edilir

  • + A
  • - A
  • 17-02-2025, 23:11

    Masallıda şəhidlərin doğum və anım günləri yad edilir

    Masallıda şəhidlərinin 17 fevral 2025-ci il tarixə anımı

    Masallı rayonunda şəhid adı daim uca tutularaq şəhidlər yad edilir, şəhid ailələri ziyarət olunur və şəhid ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
    Belə ki, rayonun Sərçuvar kəndində Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Qurban oğlu Məmmədovun şəhadətinin 33-cü il dönümü münasibətilə Milli Qəhrəmanın adını daşıdığı Sərçuvar kənd tam orta məktəbində tədbir keçirilmiş, tədbirdə Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, şəhid ailələri, ziyalılar, ağsaqqallar, din xadimləri və sakinlər tərəfindən xatirəsi anılmış və şəhidin məzarı ziyarət edilərək ruhuna dualar oxunmuşdur.

    Əlavə olaraq rayonun Həsənli kəndində I Qarabağ müharibəsi şəhidi Sultanov Hünər Musa oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olunmuş və Hişkədərə ərazisində I Qarabağ müharibəsi şəhidi (itkin) Hüseynov Şahin Əlişan oğlunun anım günü ilə əlaqədar şəhidlər abidəsi ilə yanaşı şəhidin anası evində ziyarət olunmuşdur.

    Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR