AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda abadlıq-quruculuq işləri, təmizlik, xeyriyyə aksiyaları və bir çox lahiyələr mütəmadi olaraq həyata keçirilir

  • + A
  • - A
  • 17-02-2025, 23:23

    Masallıda abadlıq-quruculuq işləri, təmizlik, xeyriyyə aksiyaları və bir çox lahiyələr mütəmadi olaraq həyata keçirilir

    Masallıda 17 fevral 2025-ci il tarixdə görülmüş işlər barədə məlumatlar

    Belə ki, Rayonun Xırmandalı kəndində ərazi nümayəndəliyinin təşəbbüsü və xeyriyyəçilərin dəstəyi ilə 120 metr məsafədə kənddaxili yola. Şıxlar kəndində ərazi nümayəndəliyinin təşəbbüsü, bələdiyyə və xeyriyyəçilərin dəstəyi ilə 300 metr məsafədə kənddaxili yola, Qarğalıq kənd ərazi nümayəndəliyinin təşəbbüsü, Eminli kənd xeyriyyəçilərin dəstəyi ilə 300 metr məsafədə kənddaxili yola və II Yeddioymaq kəndində nümayəndəliyin təşəbbüsü, bələdiyyə və xeyriyyəçilərin dəstəyi ilə qəbiristanlığın girişində olan avtodayanacağa 2 yük maşını çınqıl tökülərək hamarlanmışdır. Əlavə olaraq Masallı-Yardımlı magistral avtomobil yolunun rayonun Qəriblər kəndi ərazisindən keçən hissəsi 47 saylı Yol İstismarı MMC-nin texnikası və canlı qüvvəsi tərəfindən yol yatağının hamarlanma işləri aparılır.


    Rayonun Bədəlan ərazisində nümayəndəliyin təşəbbüsü və xeyriyyəçilərin dəstəyi ilə 21 aztəminatlı ailənin hər birinə 2 kq ət paylanılmış və Yeyənkənd ərazisinin Abasbəyli kəndində ərazi nümayəndəliyinin təşəbbüsü və xeyriyyəçilərin dəstəyi ilə 1 az təminatlı ailəyə 270 manat maddi yardım olunmuşdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR