AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonunda şəhidlər və ailələri daim yad edilir

  • + A
  • - A
  • Bu gün, 00:11

    Masallı rayonunda şəhidlər və ailələri daim yad edilir

    Masallı rayonunda şəhid adı daim uca tutularaq şəhidlər doğum, anım günləri yad edilir, şəhid ailələri ziyarət olunur, mühairbə əlilləri və müharibə iştirakçıları dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.

    Belə ki, rayonun Həsənli kəndində birinci Qarabağ müharibəsi şəhidi Fərəcov Röyal Təşər oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olunmuş, Mahmudavar kənd ərazi nümayəndəliyi tərəfindən şəhid Şahbazov Mübariz Tofıq oglunun anası və məzarı ziyarət olunmuşdur.

    Əlavə olaraq qeyd etmək istərdik ki, Mahmudavar kənd ərazi nümayəndəliyi, Mahmudavar bələdiyyəsi və kənd xeyriyyəçilərinin dəstəyi ilə Şəhid Qasımov Nayib Akif oğlunun evindən qəbiristanlığa gedən 550 metr məsafədə olan kənddaxili yola 2 zil maşını çınqıl tökülərək hamarlanmışdır.
    Rayonun Sirəbil kənd sakini Vətən Müharibəsi iştirakçısı Əzizov Qüdrət Şirvan oğlunun müraciəti nəzərə alınaraq Sərçuvar ərazi nümayəndəliyinin təşkilatçılığı ilə Masallı rayon Su Meliorasiya idarəsinin texnikası vasitəsilə ərazinin Sirəbil kəndində Kor çaydan əhalinin payıbəlli torpaq sahələrinə axan suyun qarşısını almaq üçün çayı bir neçə yerində bərkitmə işləri aparılmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR