AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibə barədə

  • + A
  • - A
  • 17-03-2025, 18:00

    Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibə barədə

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu çərçivəsində "Euronews" televiziyasına müsahibə verib.
    Prezident İlham Əliyev Forumun qlobal gündəlikdə duran məsələlərin müzakirəsi üçün əhəmiyyətli platforma olduğunu qeyd edib. O, müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçılarının iştirakının Forumun potensialını göstərdiyini bildirib.
    Dövlətimizin başçısı hazırkı beynəlxalq vəziyyətin kəskin dəyişdiyini və yeni qaydaların müəyyənləşdirilməsi prosesinin baş verdiyini vurğulayıb. O, beynəlxalq ictimaiyyətin qarşılıqlı əlaqə konfiqurasiyasının hələ bəlli olmadığını və bu şəraitdə hər bir ölkənin öz gücünə və imkanlarına arxalanmasının vacibliyini qeyd edib.
    Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını qorumaqda heç bir xarici təsisata arxalanmadığını və beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olduğunu bildirib. O, ölkənin problemlərinin həllində beynəlxalq təşkilatlardan yetərli dəstək almadığını və buna görə də öz gücünə güvəndiyini vurğulayıb.Dövlət başçısı regionda davamlı sülhün yaradılması üçün Ermənistanın sülh gündəminə sadiq qalmasının və adekvat addımlar atmasının vacibliyini qeyd edib. O, növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmlərinin yaradılmasının və qonşuluq şəraitində yaşamağın əhəmiyyətini vurğulayıb.
    Prezident İlham Əliyev neft və qaz ehtiyatlarına sahib olmağın ölkənin günahı olmadığını, əksinə, bu sərvətləri inkişafa çevirərək insanların həyat səviyyəsini yaxşılaşdırdıqlarını bildirib. O, qazıntı yanacağına sahib olan ölkələrin yaşıl enerjiyə keçiddə ön sıralarda olmasının vacibliyini və Azərbaycanın bu istiqamətdə addımlar atdığını qeyd edib.
    Cənab İlham Əliyev bildirib ki “ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə, bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik.Müharibənin başa çatmasına baxmayaraq Ermənistanla sülh müqaviləsinin olmadığını qeyd edən ölkə başçısı müharibənin yenidən başlamayacağına dair zəmanətin də olmadığını bildirmiş, bunun yeganə zəmanətinin sülh sazişinin olduğunu qeyd etmişdir.Sonda Bakı Forumunun əhəmiyyətinə bir daha toxunan cənab Prezident demişdir: “Buna görə də belə çoxsaylı qonaqların iştirak etdiyi toplantılar hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək üçün vacibdir. Mənim çıxışıma nəzər salsanız görərsiniz ki, mən baş verənlərlə bağlı çox nikbin əhval-ruhiyyədəyəm. Çıxışımda dediyim kimi, biz ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik. Onların mövqeyi bizim milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarətdir.

    Ziyafəddin Cavadov Masallı rayon Qızılağac kənd S.Xəlilov adına 1 nömrəli tam orta məktəbin müəllimi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR