AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi

  • + A
  • - A
  • 13-05-2025, 17:44

    Masallıda rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi

    13 may 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov “Günərzi” Qayğı Mərkəzində sağlamlıq imkanları məhdud və qayğıya ehtiyacı olan uşaqları ziyarət etmişdir.
    Sağlamlıq imkanları məhdud uşaqlara dövlət qayğısı ildən-ilə artmaqdadır. Ölkə rəhbərliyinin dəstəyi nəticəsində sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müasir tələblər səviyyəsində, nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılmaqdadır.
    Ölkə ərazisində olduğu kimi Masallı rayonunda da sağlamlıq imkanları məhdud uşaqlar daim diqqətdə saxlanılır.
    Belə ki, Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Masallı şəhərində fəaliyyət göstərən “Günərzi” qayğı mərkəzinə ziyarət zamanı uşaqlar üçün yaradılmış şəraitlə yerində tanış olmuş, onların sağlamlıq durumu və sosial vəziyyəti ilə yaxından maraqlanmış, qiymətli hədiyyələr təqdim etmişdir.
    Mərkəzin kollektivi göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə minnətdarlıqlarını ifadə etmişlər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR