Son günlər Azərbaycan ərazisinə yağan güclü yağışlar bir sıra problemlər yaradıb. Bir çox infrastrukturlara olduğu kimi, yol sahəsinə də külli miqdarda ziyan vurub.
Bu barədə AzadMedia.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində olan “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-dən məlumat verilib.
Məlumata görə, hazırda Şamaxı-Cabani yolunun 11-ci kilometrliyində yeraltı sürüşmələr baş verib. Yağışın yaratdığı sürüşmə aradan qaldırılır. Lazımi tədbirlər davam edir. Hazırda asfaltlama işləri aparılır. Axşam saatlarında Şamaxı-Cabani yolunda hərəkət bərpa olunacaq
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.