AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA

  • + A
  • - A
  • 23-06-2025, 10:30

    Masallıda dövlət qulluqçularının sayı açıqlanıb -  STATİSTİKA

    Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, cari ilin yanvar ayının 1-nə dövlət qulluqçularının sayı 196 nəfər olmuşdur. Belə ki, onların da 11,7 faizini qadınlar təşkil edir.

    Dövlət qulluqçularının 0,5 faizi dövlət orqanlarında inzibati vəzifələrin 4-cü təsnifatı, 1,5 faizi 5-ci təsnifatı, 4,1 faizi 6-cı təsnifatı, 78,6 faizi 7-ci təsnifatı, 15,3 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.

    Dövlət qulluqçularının 2,5 faizi 1 ilədək, 30,6 faizi 1 ildən 5 ilədək, 28,1 faizi 5 ildən 10 ilədək, 20,4 faizi 10 ildən 15 ilədək, 18,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

    Dövlət qulluqçularının 1,0 faizini 25 yaşadək, 14,3 faizini 25-29 yaşda, 16,8 faizini 30-34 yaşda, 16,3 faizini 35-39 yaşda, 12,8 faizini 40-44 yaşda, 8,7 faizini 45-49 yaşda, 10,2 faizini 50-54 yaşda, 5,6 faizini 55-59 yaşda, 12,8 faizini 60-64 yaşda, 1,5 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

    2024-cü ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 2,8 faiz artaraq 1334,1 manat təşkil edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR