AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirdi

  • + A
  • - A
  • 10-07-2025, 18:21

    Masallı rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirdi

    Masallıda rayon rəhbərinin 10 iyul 2025-ci il tarixli vətəndaş qəbulu

    10 iyul 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Masallı rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirmişdir.

    Qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.

    Növbəti qəbulda rayonun müxtəlif ərazilərindən ümumilikdə 6 nəfər vətəndaş müraciət etmişdir. Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilərək qeydiyyata alınmışdır.

    Sonda Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov vətəndaş qəbulunu yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlarını vermişdir


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR