AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirdi

  • + A
  • - A
  • Dünən, 16:30

    Masallı rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirdi

    Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul

    23 iyul 2025-ci il tarixdə rayonun Yeyənkənd kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

    Sonra rayon rəhbəri sözü Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

    Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə çıxış edərək ərazidə ötən qəbul zamanı 1 nəfər vətəndaş tərəfindən 3 məsələ qaldırıldığını, 1-nin müsbət həll olunduğunu və 2 məsələ ilə bağlı vətəndaşa qanunamüvafiq cavab verildiyini bildirmişdir.

    Sonra Elvin Fəttayev ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan insanlara məişət, kommunal və digər problemlərinin həlli ilə bağlı köməklik göstərilmiş, Yeyənkənd ərazisində 1,6 km kənddaxili yola çınqıl döşənmişdir.

    Əlavə olaraq 550 metr yol qreyderlə hamarlanmış, Yeyənkənd kəndində Banbaşı bələdiyyəsi tərəfindən şəhid Cəmil Eyvazovun ailəsinin yaşadığı həyətə çınqıl tökülərək hamarlanmış, ərazidə kənddaxili yolun genişləndirilməsi məqsədilə 250 metr məsafədə hasarlar sökülmüş, ərazidə 51 ədəd yararsız elektrik dirəyi və 770 metr elektrik xətti yenisi ilə əvəz olunmuş, Abasbəyli kəndində 750 metr məsafədə küçələr işıqlandırılmış, Xəlfələr kəndində 1374 metr polietilen boru vasitəsi ilə qaz xətti çəkilmiş və sakinlərin istifadəsinə verilmişdir.

    Abasbəyli və Xəlfələr kəndində təbii qazla təmin olunmayan abonentlər üçün 2805 metr polietilen boru alınmış, ərazidə 380 metr məsafədə suaparıcı kanallar təmizlənmiş və kanalların keçidinə 2 ədəd 10 metrlik və 2 ədəd 3 metrlik borular qoyulmuş, GPON lahiyəsi üzrə “Aztelekom” İB və “CityNet” MMC şirkəti tərəfindən ərazidə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.

    Şöbə müdiri daha sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 700 ədəd, “Konstitusiya və Suverenlik ili” çərçivəsində isə 400 ədəd olmaqla ümumilikdə 1100 ədəd ağac əkilməsi, Yeyənkənd kəndində şəhid Ərzuman İsmayılovun ailəsi üçün fərdi yaşayış evinin tikilərək istifadəyə verilməsi, Yeyənkənd ərazisində 28 ədəd məişət tullantıları qutusu yerləşdirilməsi, ərazidə 4 ədəd dayanacaq quraşdırılması, Abasbəyli kəndində 1 vətəndaş üçün fərdi yaşayış evinin tikintisinə tikinti materialı köməkliyi göstərilməsi, ərazidə faəliyyət göstərən 3 mərasim evində cari təmir işləri aparılması, Xəlfələr kəndində aztəminatlı ailənin övladının əməliyyatı üçün 13000 manat maddi yardım göstərilməsi, Yeyənkənd kənd tam orta məktəbində cari təmir işləri aparılması, Abasbəyli kəndində aztəminatlı ailədən olan yeniyetmə idmaçıya təlim-məşq toplanışında iştirak etməsi üçün 650 manat məbləğində maddi yardım göstərilməsi, Abasbəyli kəndində əhalinin ümumi istifadəsi üçün 96 metr dərinliyində artezian su quyusu qazılması və 5 tonluq su çəni quraşdırılması, ərazidə olan dövlət bayraqları və şəhid lövhələrinin yenilənməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı qaldırılan məsələlərin qeydiyyata alınması və nəzarətdə saxlanılmasını təmin etmək məqsədi ilə tapşırıqlarını vermişdir.
    Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR