AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallının Kəlbəhüseynli kəndində asfalt örtüyünün döşənməsi işlərinə başlanılmışdır

  • + A
  • - A
  • Bu gün, 15:30

    Masallının Kəlbəhüseynli kəndində asfalt örtüyünün döşənməsi işlərinə başlanılmışdır

    Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və kənddaxili yollarda infrastrukturun yenilənməsi istiqamətində təmir-bərpa işləri aparılmaqdadır.
    Belə ki, Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Təklə bələdiyyəsi və kənd xeyriyyəçilərinin maddi dəstəyi ilə 47 saylı Yol İstismarı MMC tərəfindən kənddaxili küçəyə 1.4 km məsafədə asfalt örtüyünün döşənməsi işlərinə başlanılmışdır.

    02 sentyabr 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, ərazi nümayəndəliyi, bələdiyyə, media nümayəndələri və kənd sakinləri ilə birlikdə rayonun Kəlbəhüseynli kəndində kənddaxili küçəyə asfalt örtüyünün döşənməsi işləri ilə yerində tanış olmuşlar.

    Rayon rəhbərinə 47 saylı Yol İstismarı MMC-nin rəisi Mahmud Bağırov yolda aparılan işlərlə bağlı geniş məlumat vermişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR