AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rayon rəhbərliyi Ərkivanda Şəhidlər Abidəsini ziyarət etdi

  • + A
  • - A
  • Bu gün, 18:00

    Rayon rəhbərliyi Ərkivanda Şəhidlər Abidəsini ziyarət etdi

    27 Sentyabr – Anım Günü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, RİHB aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, ərazi nümayəndəliyi, bələdiyyə, şəhid ailələri, din xadimləri və ictimaiyyət nümayəndələri Ərkivan qəsəbəsində yerləşən şəhidlər abidə kompleksini ziyarət etmişlər. Abidə önünə gül dəstələri qoyulmuş, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

    Ziyarətlər zamanı çıxış edən rayon rəhbəri Araz Əhmədov dövlətimizin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan söz açmış, Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsinin daim uca tutulduğunu qeyd etmişdir. Azərbaycanın əldə etdiyi tarixi zəfərin şəhidlərimizin misilsiz fədakarlığı sayəsində mümkün olduğunu vurğulamışdır.

    Saat 12:00-da rayon ərazisində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və nəqliyyat vasitələri səs siqnalları vermişlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR