AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda şəhid Ətrafil Məmmədovun anım günü

  • + A
  • - A
  • Bu gün, 17:47

    Masallıda şəhid Ətrafil Məmmədovun anım günü

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələri, müharibə əlilləri və iştirakçılarını daim diqqətdə saxlayır, onların qayğıları ilə mütəmadi maraqlanır, problemlərinin həlli istiqamətində mühüm addımlar atır.

    02 oktyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, başçısının müavini Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Hüquq şöbəsinin müdiri Bəxtim Qarayev, ərazi nümayəndəliyi, bələdiyyə və kənd sakinləri tərəfindən şəhid Ətrafil Məmmədovun anım günü ilə əlaqədar məzarı və ailəsi ziyarət olunmuşdur.

    Ziyarət zamanı çıxış edən rayon rəhbəri Araz Əhmədov dövlətimizin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan söz açmış, Azərbaycanın əldə etdiyi tarixi zəfərin şəhidlərimizin misilsiz fədakarlığı sayəsində mümkün olduğunu vurğulamışdır.

    Şəhidin ailəsi onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara dərin minnətdarlıqlarını ifadə etmişlər


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR