AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

17 oktyabr - Füzuli şəhəri günü

  • + A
  • - A
  • 16-10-2025, 09:51

    17 oktyabr - Füzuli şəhəri günü

    Bu gün qəhrəmanlıq, dirçəliş və qürur günüdür
    Füzuli Qarabağın cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan bölgədir. Quruçay, Köndələnçay və Çərəkən çayları bu torpağın həyat damarıdır
    Füzulinin əsası 1827-ci ildə qoyulub.

    1959-cu ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illiyi münasibətilə rayon bu adla şərəfləndirilib. Babı kəndindəki XIII əsrə aid Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəllidəki Mirəli türbəsi kimi abidələr bu torpağın qədim tarixindən xəbər verir.

    23 avqust 1993-cü ildə Füzuli düşmən tərəfindən işğal olunsa da, qəhrəman Azərbaycan Ordusu 17 oktyabr 2020-ci ildə şəhəri azad etdi. Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən ağır, amma ən şanlı səhifələrindən biri idi.

    “Füzulinin azad olunmasına görə” medalı ilə 25 mindən çox igid oğlumuz təltif edildi. Bu medal Azərbaycanın gücünün, ordumuzun şücaətinin rəmzidir.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzuli tamamilə yenidən qurulur. Füzuli Beynəlxalq Hava Limanı, Zəfər və Əhmədbəyli-Füzuli-Şuşa yolları, “Füzuli” yarımstansiyası, Köndələnçay su anbarı, yeni məktəblər, bağçalar və yaşayış kompleksləri istifadəyə verilib. 2040-cı ilədək inkişaf Baş planı təsdiq olunub.

    Artıq füzulililər öz doğma yurdlarına qayıdırlar. 800-dən çox ailə evlərinə qovuşub. Tezliklə 22 min insan Füzulidə yaşayacaq.



    Hüseynov Xəzər Zəbi oğlu , Həsənli kəndi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR