Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki ölkə arasında möhkəm təməllərə söykənən dostluğun və strateji tərəfdaşlığın yüksək səviyyəsini bir daha nümayiş etdirdi.
Azərbaycan və Özbəkistan arasında münasibətlər əsrlər boyu formalaşmış ortaq tarix, kültür, dil və mədəni dəyərlər üzərində qurulmuşdur. İki xalq arasında yaranmış səmimi münasibətlər bu gün dövlətlərarası əlaqələrə də güclü təkan verərək, Azərbaycan–Özbəkistan əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.
Azərbaycan və Özbəkistan xalqları ortaq türk mədəniyyətinə, köklərə və mənəvi dəyərlərə malikdir. Bu ortaq zəngin irs iki ölkə arasında müasir dövrdə siyasi, iqtisadi və humanitar əlaqələrin formalaşması üçün möhkəm əsas yaradıb.
Hər iki xalqın böyük şəxsiyyətləri – Nizami Gəncəvi, Əlişir Nəvai, Füzuli və digər klassiklərin irsi xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır.
Son illərdə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin qarşılıqlı səfərləri nəticəsində əlaqələr yeni, daha yüksək mərhələyə çatmışdır. İmzalanan strateji tərəfdaşlıq sazişləri iki ölkənin bütün sahələrdə əməkdaşlıq etmək niyyətini bir daha təsdiqləyir.
İki ölkə arasında iqtisadi əlaqələr dinamik şəkildə genişlənir. Əməkdaşlığın əsas sahələri bunlardır:Enerji və energetika avadanlıqları,Nəqliyyat və logistika,Kənd təsərrüfatı və aqrar sənaye,İpəkçilik və tekstil,Turizm və xidmət sektoru,Rəqəmsal texnologiyalar və innovasiya
Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri nəqliyyat-logistika sahəsidir. Azərbaycan Transxəzər Şərq–Qərb dəhlizinin əsas iştirakçılarından biridir və Özbəkistanın bu marşrutda iştirakı regional ticarət üçün yeni imkanlar yaradır.
Transxəzər Orta Dəhlizi iki ölkəni yalnız iqtisadi cəhətdən deyil, həm də geostrateji baxımdan bir-birinə bağlayan mühüm xəttdir. Azərbaycan limanları, dəmir yolları və tranzit imkanları Özbəkistan üçün Avropa bazarlarına ən qısa çıxış təmin edir.
Azərbaycan və Özbəkistan beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyir. Xüsusilə Türk Dövlətləri Təşkilatı daxilində tərəflər arasında sıx həmrəylik mövcuddur.İki ölkə arasında strateji tərəfdaşlıq gələcək illərdə daha böyük layihələr, daha sıx əməkdaşlıq və daha geniş regional inteqrasiya ilə davam edəcək.
Əntiqə Tağıyeva –Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru