AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müasir Azərbaycanın Memarı

  • + A
  • - A
  • Bu gün, 00:23

    Müasir Azərbaycanın Memarı

    İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident İlham Əliyev fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.

    Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir Ordumuz yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib.Prezidentin fəaliyyəti dövründə paytaxtda və regionlarda 3600-dən çox məktəb, 800-dək səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur.

    2003-cü ildən başlayaraq Azərbaycanda 20 min kilometrdən çox avtomobil yolu, 1400 kilometrdən çox dəmir yolu tikilib və ya əsaslı təmir edimişdir. Çoxlu sayda körpülər və yol ötürücüləri tikilmişdir.Dövlət başçısının rəhbərliyi dövründə ölkəmizdə 9beynəlxalq hava limanı tikilmiş və yenidən qurulmuşdur.Ali Baş Komandanın möhtəşəm prezidentlik dövrünün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır.

    44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmışdır.Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Prezident möhtərəm cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.



    Əsgərov Əli


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR