AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsi Şamaxı yollarını qar və buzdan təmizləyir

  • + A
  • - A
  • 3-01-2026, 10:25

    "19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsi Şamaxı yollarını qar və buzdan təmizləyir

    Son günlər bölgələrdə hava şəraitinin kəskin dəyişməsi, güclü qar yağması və şaxtanın müşahidə olunması avtomobil yollarında hərəkəti çətinləşdirib. Yaranmış vəziyyətlə əlaqədar olaraq yol təsərrüfatı qurumları gücləndirilmiş rejimdə fəaliyyət göstərir, yolların qar və buzdan təmizlənməsi istiqamətində fasiləsiz işlər aparılır.
    Şamaxı rayonu "19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin işçi heyəti və kollektivi kənd yolunda işləri davam etdirir. Belə ki, qurumun işçiləri Şamaxı-Əngəxaran-Çuxuryurd, Şamaxı-Əngəxaran-Məlkəm kənd yolu, eləcə də, Şamaxı-Sis-Qaleybuğurd-Keşmədil-Qaradərəsi yolunu qardan təmizləyir və yola qum-duz məhlulu səpirlər
    Qurumun sahə rəisi Şahin Cavadovun AzadMedia.az-a verdiyi məlumata görə, gecə saatlarından başlayaraq, əməkdaşlar yollarda buzlaşmanı aradan qaldırır. Sürücü və piyadaların rahat və təhlükəsiz hərəkəti üçün texnika vasitəsilə işlər görülür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR