AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda İcra Hakimiyyətinin başçısı vətəndaş qəbulu keçirdi

  • + A
  • - A
  • 5-02-2026, 12:44

    Masallıda İcra Hakimiyyətinin başçısı vətəndaş qəbulu keçirdi

    05 fevral 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov vətəndaş qəbulu keçirmişdir.

    Vətəndaş qəbulu zamanı sakinlər onları narahat edən məsələlərlə bağlı müraciətlərini təqdim etmişlər.

    Beləki, Təzə Alvadı kənd sakini çalışdığı müəssisədə ştat ixtisarı aparılması səbəbindən işdən azad olunduğunu bildirərək yenidən işlə təmin olunması ilə bağlı müraciət etmişdir.

    Öncəqala kənd sakini əkin sahəsinin su altında qalması səbəbindən ərazidə suvarma və meliorasiya tədbirlərinin görülməsini xahiş etmişdir.

    Qədirli kənd sakini isə elektrik enerjisi üzrə yaranmış borcla əlaqədar müraciət edərək yaşayış evinə elektrik enerjisinin verilməsində köməklik göstərilməsini xahiş etmişdir.

    Digər müraciətlər də rayon rəhbəri tərəfindən dinlənilmiş, qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapmış, digər məsələlərin isə araşdırılması və qanunvericiliyə uyğun həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR