AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkilindən ölkə birinciliyinə vəsiqə qazanan güləşçiyə dəstək

  • + A
  • - A
  • 20-02-2026, 14:41

    Millət vəkilindən ölkə birinciliyinə vəsiqə qazanan güləşçiyə dəstək

    Respublikada U-15 yaş qrupu üzrə sərbəst güləşçilər arasında zona birinciliyi Gəncə şəhərində keçirilmişdir. Sözügedən yarış ölkə çempionatına vəsiqə xarakteri daşımışdır.

    Masallı rayonunu təmsil edən, rayonun Yeddioymaq kənd sakini, 48 kq çəki dərəcəsində çıxış edən güləşçi Baloğlanov Əli Emin oğlu və onun məşqçisi Rəhmanov Samir Rəhim oğlu uğurlu nəticə göstərərək Qazax şəhərində keçiriləcək ölkə birinciliyinə vəsiqə qazanmışlar.

    Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məşhur Məmmədov tərəfindən rayonumuzu ölkə birinciliyində layiqincə təmsil etmələri məqsədilə adıçəkilən idmançıya və məşqçisinə maddi dəstək göstərilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR