AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yanğın hadisəsi ilə əlaqədar zərərçəkmiş ailəyə maddi dəstək göstərildi

  • + A
  • - A
  • 21-02-2026, 17:07

    Yanğın hadisəsi ilə əlaqədar zərərçəkmiş ailəyə maddi dəstək göstərildi

    20 fevral 2026-cı il tarixində Milli Məclisinin deputatı Məşhur Məmmədovun tapşırığına əsasən nümayəndələri Böyük Kolatan kəndində yanğın baş vermiş fərdi yaşayış evinə baxış keçirmişlər. Baxış zamanı yaşayış evinin əhəmiyyətli hissəsinin yanaraq yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir.

    Baş vermiş hadisə ilə əlaqədar olaraq millət vəkili tərəfindən zərərçəkmiş ailəyə maddi yardım göstərilməsi barədə müvafiq tapşırıq verilmişdir. Tapşırığa uyğun olaraq ailəyə maddi dəstək göstərilmişdir.

    Qeyd olunur ki, sosial baxımdan həssas kateqoriyaya aid ailələrin problemlərinin həlli və onlara dəstək göstərilməsi daim diqqət mərkəzində saxlanılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR