AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rayon rəhbəri Mişkəmi kəndində tikintisinə başlanılan mərasim evində görülən işlərlə tanış olub

  • + A
  • - A
  • 4-03-2026, 18:08

    Rayon rəhbəri Mişkəmi kəndində tikintisinə başlanılan mərasim evində görülən işlərlə tanış olub

    04 mart 2026-cı il tarixdə Hişkədərə ərazisində keçirilən vətəndaş qəbulundan sonra Araz Əhmədov xeyriyyəçilərin təşəbbüsü və maliyyə dəstəyi ilə tikintisinə başlanılan mərasim evində görülən işlərlə yerində tanış olmuşdur.

    Baxış zamanı başçının birinci müavini Tohid Hüseynov, aparatın Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev, Memarlıq-tikinti məsələləri sektorunun müdir vəzifəsini müvəqqəti icra edən Zamin Kazımov, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə, ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələri, din xadimləri, media nümayəndələri və sakinlər iştirak etmişdir.

    Rayon rəhbəri tikintinin qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.

    Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR