AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Azərbaycanın soyqırım qurbanları anıldı

  • + A
  • - A
  • Bu gün, 17:37

    Masallıda Azərbaycanın soyqırım qurbanları anıldı

    31 mart 2026-cı il tarixdə Masallı rayon mərkəzi Kitabxanasında Masallı Rayon İcra Hakimiyyəti, Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Masallı rayon Tarix-diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Tarixin danışan səhifələri” adlı dəyirmi masa keçirilib.

    Tədbirdə Masallı Dövlət Regional Kollecinin tələbələri də iştirak ediblər. Tədbir başlamazdan öncə soyqırım qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Baş biblioqrafı Günay Xəlilova bu günün tarixi haqqında danışaraq bildirib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd yalnız keçmişimizi xatırlamaq deyil, həm də tarixi öyrənmək, yadda saxlamaq və gələcək nəsillərə çatdırmaqdır. O, qeyd edib ki, tarixin danışan səhifələri hər birimizin yaddaşında dərin iz buraxmalı, düşünmək və öyrənmək fürsəti verməlidir.

    Sonra Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun Baş məsləhətçisi Nuranə Muradova çıxışında bu soyqırım nəticəsində minlərlə dinc azərbaycanlının yalnız milli mənsubiyyətinə görə qətlə yetirildiyini, insanlıq əleyhinə ən amansız cinayətllərin törədildiyindən söz açıb. O, vurğulayıb ki, düşmənlər yalnız insanları deyil, milli memarlıq incilərimizi, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdaraq, şəhər və kəndləri xarabalığa çeviriblər.

    Tədbirdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xidmət şöbəsinin müdiri Gülər Piriyeva və Tarix-diyarşünaslıq Muzeyinin elmi işçisi Nazənin Heydərzadənin mövzu ilə əlaqədar geniş məruzələri də dinlənilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR