AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Məhərrəmlik ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri keçirildi

  • + A
  • - A
  • Bu gün, 12:44

    Masallıda Məhərrəmlik ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri keçirildi

    Masallı Rayon İcra Hakimiyyətinin təşkil etdiyi yığıncaqda rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, dini icmaların rəhbərləri, ağsaqqallar və ziyalılar, ərazi nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət və media nümayəndələri iştirak etmişlər.

    Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirib ki, Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri bu gün Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində ölkəmizin inkişafına böyük töhfə verib. Rayon rəhbəri ölkəmizin hər yerində olduğu kimi Masallıda da məhərrəm ayı ilə əlaqədar dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradıldığını vurğulayıb: ”Sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəm ayı ərzində ibadət ocaqlarında ictimai asayişə riayət olunmaqla, təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın da əziz xatirəsi ehtiramla anılmalı, moizə və xütbələrdə Vətən təəssübü, milli və dövlət mənafelərimiz uca tutulmalıdır.”


    Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev və Dövlət Təhlükəsizliyi Xidmətinin Masallı Rayon Şöbəsinin rəisi Elçin Xələfov çıxışlarında Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.

    Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı və Qazılar Şurasının üzvü Rəşid Talıbov çıxış edərək məhərrəmlik mərasimlərində hər kəsi QMİ-nin Qazılar Şurasının müvafiq fətvasının tələblərinə ciddi riayət etməyə çağırıb. O bildirib ki, zəncir vurmaq, baş yarmaq və bədənə xəsarət yetirmək dində bəyənilmir. Bunun əvəzinə qanvermə aksiyalarında fəal iştirak etməyin daha humanist və savab bir əməl olduğunu vurğulayıb.

    Çıxışlarda məhərrəmlik mərasimlərinin İslamın mənəvi dəyərlərinə uyğun şəkildə keçirilməsinin əhəmiyyəti qeyd olunub, bu istiqamətdə müsbət fikirlər səsləndirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR