AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Goranboyda gizli işləyən kafenin sahibi və müştəriləri saxlanıldı - VİDEO

  • + A
  • - A
  • 13-12-2020, 12:00



    Goranboyda karantin rejimini pozan kafe aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Xocalı rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

    RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində “Çayqırağı” adlı kafenin gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb. Obyektin sahibi Mikayıl Hümbətov ilə yanaşı, onun müştəriləri Akif Dəmirçiyev, Zaur Əliyev, Arif Quliyev, Fikrət Məmmədov, Şövqü Həsənov və Tayfun Cavadov saxlanılaraq RPŞ-yə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR