AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Rayon İH və BDU-nun birgə təşkilatçılığı, Milli Məclisin deputatlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 20-05-2023, 22:22

    Masallı Rayon İH və BDU-nun birgə təşkilatçılığı, Milli Məclisin deputatlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib -


    Bakı, 20 may — Azadmedia.az

    Masallıda “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin keçirilməsi davam etdirilir.

    Bakı Dövlət Universitetinin (BDU) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Masallı rayon Heydər Əliyev Mərkəzinin yeni istifadəyə verilən konfrans zalında
    Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

    Azadmedia.az xəbər verir ki, konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, YAP Yasamal rayonu, YAP Masallı rayonu təşkilatlarının sədrləri Bəxtiyar Nəbiyev, Seyfəddin Əliyev, deputatlar Məşhur Məmmədov, Anar İsgəndərov, BDU-nun rektoru Elçin Babayev və digər ziyalılar iştirak ediblər.

    Belə ki, öncə Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, BDU rəhbərliyi, universitetin professor-müəllim heyəti və qonaqlar Ümummilli Lider Heydər Əliyevin Masallı şəhərindəki abidəsini, Şəhidlər kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.

    Həmçinin tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Konfransı Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov açaraq vurğulayıb ki, Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyası, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Ulu Öndər xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirib.

    Çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, XX əsrin 70-ci illərindən başlayaraq xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində məhz Ulu Öndər Heydər Əliyev siyasəti, bu fenomenal şəxsiyyətin işıqlı əməlləri, parlaq siması dayanır: “Ümummilli Liderimiz dünyaya xüsusi missiyanı yerinə yetirmək üçün gəlmişdi. Bu missiya Azərbaycanın indiki müstəqil, qüdrətli dövlətə çevrilməsi missiyası idi.

    Sonra Ümummilli Lider Heydər Əliyevin ömür yoluna həsr edilmiş videoçarx nümayiş olunub.

    Milli Məclisin deputatı Məşhur Məmmədov çıxışında qeyd edib ki, Ulu Öndərin qarşıya qoyduğu strateji hədəflərdən biri də respublikada güclü kadr potensialı yaratmaq, yüksək ixtisaslı mütəxəssislər yetişdirmək idi. Bu gün bu ölkəmizdə uğurla davam etdirilir. Eyni zamanda, bu gün üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır, Azərbaycan azad etdiyi ərazilərini qarış-qarış yenidən qurur və bərpa edir. Əlbətdə ki, işğaldan azad olunmuş torpaqlarımızda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni bir hünər dastanı yazılır, Qarabağəmızda “Böyük Qayıdış” proqramı uğurla gerçəkləşdirilir.


    Tədbirdə Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri Anar İsgəndərov çıxışında “Müstəqil Azərbaycan dövlətinin qurucusu” Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin hər bir azərbaycanlı üçün nümunə olduğu, Ulu Öndərin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.





    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR