AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağ İqtisadi Regionunda təlimlər davam edir - FOTOLAR

  • + A
  • - A
  • 19-07-2024, 15:18

    Qarabağ İqtisadi Regionunda təlimlər davam edir - FOTOLAR

    Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “Qarabağda qadınların və gənclərin sosial rifahına dair təşəbbüslər” layihəsi çərçivəsində təlimlər keçirir. Təlimlər Qarabağa qayıdış konsepsiyasının gücləndirilməsi istiqamətdə kiçik və orta sahibkarlığın inkişanı dəstəkləyir.

    QHT.az xəbər verir ki, həyata keçirilən layihənin əsas məqsədi Qarabağ müharibəsi zamanı məcburi köçkün statusu daşımış gənclərə və qadınlara sahibkarlıq bacarıqlarının artırılmasına və sahibkarlığa başlama prosesində dəstəkdir. Hədəf məqsədlərdən biri də Qarabağ iqtisadi regionunun iqtisadi inkişafına xidmətlə bərabər yerli icmanın da gücləndirilməsidir.

    Növbəti təlimlər Zəngilan rayonu Ağalı kəndində və Füzuli şəhərindən məskunlaşan gənclər və qadınlar üçün keçirildi. Təlimlərdə layihə üzrə nəzərdə tutulandan daha artıq iştirakçılıq səviyyəsi belə təlimlərə marağın olmasına yaxşı nümunədir. Torpaqlarımızın azadlığı uğurunda Şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edildikdən sonra Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin rəhbər İlqar Hüseynli giriş nitqi ilə davam edib. Sonra təşkilatın eksperti İqtisad üzrə fəlsəfə doktoru İlham Hüseynli geniş təqdimatla çıxış etdi. Təlim iştirakçıları, ABAD, KOBİA və Sahibkarlığa Kömək Milli Fondu kimi sahibkarlığı dəstəkləyən qurumlarla bağlı informasiyalar əldə etdilər. Regionda Kiçik və Orta Sahibkarlığın inkişafına imkanlar yaradan və sahibkarlığın inkişafını stimullaşdıran qanun və sərəncamlar barədə məlumatlandılar.

    Fəaliyyətə yeni başlayan sahibkarlara uğurlu rol-model təqdim edildi.Gənc sahibkar Gursel Abbas əldə etdiyi biznes uğurları və ona çatmağın yolları barədə məruzə ilə çıxış etdi. Bundan sonra təlim iştirakçılarının sualları ekspertlər tərəfindən cavablandırıldı.

    Layihənin növbəti mərhələsi Cəbrayıl- 4 və Zobucuq yaşayış məntəqələrində davam edəcəkdir. Eyni zamanda kiçik və orta sahibkarlarının ehtiyaclarını qiymətləndirmək məqsədilə sosioloji tədqiqat həyata keçiriləcək. Yekun hesabat sənədi hazırlanaraq müvafiq qurumlara təqdim ediləcək.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR