AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyi layihə çərçivəsində Xaçmaz rayonunda olub - FOTOLAR

  • + A
  • - A
  • 19-07-2024, 19:42

    "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyi layihə çərçivəsində Xaçmaz rayonunda olub - FOTOLAR

    "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən "Müəllim cəmiyyətin xilaskarı kimi" layihəsinin fəaliyyət planına uyğun olaraq layihə heyəti 17 iyul 2024-cü il tarixində Xaçmaz rayonunda olub.

    QHT.az xəbər verir ki, layihənin icrasına hazırlıq məqsədilə Xaçmaz rayon İcra hakimiyyətinin nümayəndələri, Quba-Xaçmaz Regional Təhsil İdarəsi və Xaçmaz Təhsil sektorunun rəhbərliyi ilə məsləhətləşmələr keçirilib. İctimaiyyət, sosial media və aidiyyəti qurumların təkliflərini nəzərə alaraq, 18 iyul 2024-ci il tarixdə Xaçmaz rayonu Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbində rayonun 9 nümunəvi müəllimləri ilə görüş keçirilib. Görüşdə birliyin icraçı direktoru, layihə rəhbəri Şahin Rəcəbov, AVMA Ekspertlər Şurasının sədri, təhsil eksperti Nadir İsrafilov, Xaçmaz rayonu Təhsil sektorunun nümayəndəsi Reyhan Eyvazova, rayonun fəal müəllimləri iştirak ediblər. Seçim və Qiymətləndirilmə Komissiyasının qəbul etdiyi müvafiq meyarlar və müsahibə əsasında fəal müəllimlərin görüşündə müəllimlər arasından 2 ən nümunəvi müəllim seçilib. 18 iyul 2024-cü il tarixində seçilmiş müəllimlərin ailələri ziyarət edilib, müəllimlər öz həyat yolu, yaradıcılıq və təcrübələrinin təqdimatlarını keçiriblər. Seçimdən kənar qalan digər müəllimlərin də fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması qərara alındı.

    Layihə 1 may-31 iyul (3 ay) müddətini əhatə etməklə, 15 rayonu- Sabirabad, Siyəzən, Şamaxı, İsmayıllı, Qazax, Ağdaş, Göyçay, Salyan, Biləsuvar, Astara, Yardımlı, Qusar, Xaçmaz, Zaqatala, Balakən əhatə edəcəkdir. Layihənin əsas məqsədi nümunəvi müəllimlərimizi və onların təcrübələrini cəmiyyətə və ictimaiyyətə tanıtmaq, sosial mediada təbliğ etmək, müəllim nüfuzunun yüksəldilməsinə töhvə verməkdir.
    Layihə üzrə növbəti səfər Zaqatala rayonuna olacaqdır.

    Layihənin icrasında dəstək olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tərəfdaşlarımız Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Xaçmaz rayon İcra Hakimiyyətinə, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevə, Xaçmaz rayon Təhsil sektorunun rəhbəri Qələmşah Dostuyevə və əziz müəllimlərə minnətdarlığımızı bildiririk.

    Yerli icra, təhsil orqanları, icmalar, təhsil təşkilatları təkliflərini, müəllimlər öz təqdimatlarını (CV, videomateriallar və s) merkezvma@mail.ru emailnə, 0705250300 WhatsApp nömrəsinə göndərə bilərlər.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR