AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Şəhid və veteran ailələrinə psixoloji və sosial xidmət” layihəsi uğurla davam edir - FOTOLAR

  • + A
  • - A
  • 19-07-2024, 20:25

    “Şəhid  və veteran ailələrinə psixoloji və sosial xidmət” layihəsi uğurla davam edir - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyinin həyata keçirdiyi “Şəhid və veteran ailələrinə psixoloji və sosial xidmət” layihəsi uğurla davam edir.

    QHT.az xəbər verir ki, layihənin məqsədi Vətən Müharibəsi Şəhidi və veteranı ailələrində müharibə dövründə mənəvi-psixoloji zədə görmüş insanların yenidən cəmiyyətə adaptasiya olunmasına dəstək olmaqdır. 16-17 iyul 2024-cü il tarixlərində layihənin hədəf rayonlarından olan Ağdamda psixoloji dəstəyə daha çox ehtiyacı olan on Şəhid və veteran ailələrinə psixoloji xidmət göstərildi. Şəhid və veteran ailələri ilə psixoloji konsultasiya təşkil edilməklə həmin ailələrdə olan qadınların, uşaqların psixoloji yükünün azaldılması, cəmiyyətə inteqrasiyası sahəsində ailələrin bilik və bacarıqları inkişaf etdirildi. Şəhid ailələrinə səfərlər edildi. Həyata keçirilən reabilitasiya xidməti layihədə psixoloq kimi fəaliyyət göstərən ixtisaslı psixoloq Nəzakət Quliyeva və könüllü olaraq layihəyə qoşulan ixtisaslı psixoqlar Piyələ Abışova və Pərvanə Qarayeva tərəfindən aparıldı.

    Hər bir ailəyə "Müharibə depressiyası olan ailə üzvlərinə onunla necə davranması” barədə məlumatlar əks olnunan maarifləndirici bukletlər paylanıldı.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR