AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Fiziki məhdudiyyətli uşaqların reabilitasiyası” layihənin icrası başa çatdı - FOTOLAR

  • + A
  • - A
  • 31-08-2024, 10:29

    “Fiziki məhdudiyyətli uşaqların reabilitasiyası” layihənin icrası başa çatdı - FOTOLAR

    “Çıraq” Uşaq İnkişaf Mərkəzi 31 avqust tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyətli uşaqların reabilitasiyası” adlı layihəsinin icrasını uğurla başa çatdırdı.

    QHT.az xəbər verir ki, layihənin icrası zamanı 50-dən çox fiziki məhdudiyyətli uşaqların ailələri ilə əlaqə saxlanıldı. Layihədə Sumqayıt şəhər və Corat qəsəbəsindən olan 3-15 yaş arası 20-dən çox uşağa fiziki məhdudiyyətli uşağa pedaqoq tərəfindən 12 və loqoped tərəfindən isə 6 adda təlimlər keçildi. Corat qəsəbəsindən olan 20-dən çox fiziki məhdudiyyətli uşaqların ailələri ilə əlaqə saxlanıldı və onlardan qismən müəyyən bacarıqları olan uşaqlar layihəyə cəlb olundu. Sumqayıt şəhər və Corat qəsəbəsinin Yerli icra nümayəndəliyi, Bələdiyyə,Ailə sağlamlıq mərkəzləri,Mədəniyyət evinin nümayəndələri ilə mütəmadi icma görüşləri keçirildi. Layihənin dayanıqlığının təmin olunması məqsədilə layihədən sonrakı fəaliyyətlər müzakirə olundu. Sumqayıt şəhər və qəsəbədə yaşayan ağır psixoloji gərginliyi olan fiziki məhdudiyyətli uşaqlarla mütəmadi olaraq iş aparmaqla onların cəmiyyətdən təcrid olunmasının qarşısı alındı və müəyyən məşğuliyyətlərə cəlb olundu.

    Bundan başqa serebral iflicin ağır formasından olan uşaqların valideynlərinə ev şəraitində təlimlər verildi. Layihəyə cəlb olunmuş uşaqlardan yeni təhsil ilində 1-ci sinfə gedəcək uşaqların məktəbdən öncə reabilitasiyaya cəlb olunması onlarda özünəgüvən hissini artırdı. Layihənin icrası zamanı uşaqlardakı sosiallaşma,ünsiyyət və digər bacarıqlar artırıldı.Layıhə yay tətilində icra olunduğundan uşaqlar və valideynlər üçn çox səmərəli oldu.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR